Premyer Liqamızda rekordlar və ilklər
05.06.2022 - 14:52
Premyer Liqamızda rekordlar və ilklər

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Azərbaycan çempionatında 2021/22 mövsümünə ötən ayın sonunda yekun vurulub.

Apasport.az saytının məlumatına görə, başa çatan mövsümün yekunları bəzi rekordlar və ilklərlə əlamətdar olub.

Çempionatın qalib və mükafatçıları adlarını tarixə yazdırmağı bacarıb.

Premyer Liqanın çempionu “Qarabağ” 9-cu dəfə qızıl medallara yiyələnərək “Neftçi”nin rekordunu təkrarlayıb. Ağdamlılar tarixində 16-cı dəfə mükafatçılar sırasına düşüb ki, bu da 2-ci nəticədir.

Sonuncu dəfə 2011/12 mövsümündə mükafatsız qalan “Qarabağ” ardıcıl 10-cu dəfə medalçılar sırasında olub. Ağdamlılar bu müddətdə daim ilk 2 yerdən birini tutub: 8 qızıl, 2 gümüş.

“Neftçi” 5 mövsümdür “üçlük”də yer alır. Son 4 ildə isə bakılılar ilk iki yerdən birində qərarlaşıb. Yəni artıq 4 ildir ki, qızılla gümüş yalnız iki komanda – “Qarabağ”la “Neftçi” arasında bölüşdürülür.

Paytaxt klubu tarixində 20-ci medalını almaqla da özünün sahib olduğu rekordu yeniləyib. “Ağ-qaralar” 5-ci dəfə vitse-çempion olmaqla bu göstəricidə də rekord vurub. “Qarabağ”ın 4 gümüşü var.

İlk “üçlüy”ə düşən “Zirə” 6 ildən sonra buna nail olub. İlk bürüncünü qazanan qəsəbə klubu bunadək bir gümüş əldə etmişdi. Bakılılar ikinci dəfə “üçlük”də yer alıb.

mövsüm

çempion

II yer

III yer

1992

“Neftçi” (Bakı)

“Xəzər” (Sumqayıt)

“Turan” (Tovuz)

1993

“Qarabağ” (Ağdam)

“Xəzər” (Sumqayıt)

“Turan” (Tovuz)

1993/94

“Turan” (Tovuz)

“Qarabağ” (Ağdam)

“Kəpəz” (Gəncə)

1994/95

“Kəpəz” (Gəncə)

“Turan” (Tovuz)

“Neftçi” (Bakı)

1995/96

“Neftçi” (Bakı)

“Xəzri” (Bakı)

“Kəpəz” (Gəncə)

1996/97

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

“Xəzri” (Bakı)

1997/98

“Kəpəz” (Gəncə)

“Dinamo” (Bakı)

“Şəmkir”

1998/99

“Kəpəz” (Gəncə)

“Şəmkir”

“Neftçi” (Bakı)

1999/2000

“Şəmkir”

“Kəpəz” (Gəncə)

“Neftçi” (Bakı)

2000/01

“Şəmkir”

“Neftçi” (Bakı)

“Viləş” (Masallı)

2001/02

Yarımçıq qalıb

 

 

2002/03

Keçirilməyib

 

 

2003/04

“Neftçi” (Bakı)

“Şəmkir”

“Qarabağ-Azərsun” (Ağdam)

2004/05

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

“Karvan” (Yevlax)

2005/06

“Bakı”

“Karvan” (Yevlax)

“Neftçi” (Bakı)

2006/07

“Xəzər Lənkəran”

“Neftçi” (Bakı)

“Bakı”

2007/08

“İnter” (Bakı)

“Olimpik” (Bakı)

“Neftçi” (Bakı)

2008/09

“Bakı”

“İnter” (Bakı)

“Simurq” (Zaqatala)

2009/10

“İnter” (Bakı)

“Bakı”

“Qarabağ” (Ağdam)

2010/11

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

“Qarabağ” (Ağdam)

2011/12

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

“İnter” (Bakı)

2012/13

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

“İnter” (Bakı)

2013/14

“Qarabağ” (Ağdam)

“İnter” (Bakı)

“Qəbələ”

2014/15

“Qarabağ” (Ağdam)

“İnter” (Bakı)

“Qəbələ”

2015/16

“Qarabağ” (Ağdam)

“Zirə” (Bakı)

“Qəbələ”

2016/17

“Qarabağ” (Ağdam)

“Qəbələ”

“İnter” (Bakı)

2017/18

“Qarabağ” (Ağdam)

“Qəbələ”

“Neftçi” (Bakı)

2018/19

“Qarabağ” (Ağdam)

“Neftçi” (Bakı)

“Səbail” (Bakı)

2019/20

“Qarabağ” (Ağdam)

“Neftçi” (Bakı)

“Keşlə” (Bakı)

2020/21

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

"Sumqayıt"

2021/22

“Qarabağ” (Ağdam)

“Neftçi” (Bakı)

“Zirə” (Bakı)

“Qarabağ”la çempion olan Qurban Qurbanov özünün sahiblik etdiyi rekordları yeniləyib. O, ölkə çempionatında 8 qızıl, ümumilikdə 13 medal qazanmaqla bütün baş məşqçilər arasında rekordçudur. 50 yaşlı mütəxəssis 10 ildir ya çempion, ya vitse-çempion adına yiyələnir.

Samir Abasov baş məşqçi kimi ilk gümüşünə sevinib. Bunadək yalnız bir medalı – qızıl gətirən çempionluğu olan mütəxəssis ikinci dəfə mükafat əldə edib. O, bu uğurlara ardıcıl mövsümlərdə imza atıb.

Ardıcıl 9-cu dəfə ilk “üçlük”dəki baş məşqçilərdən ən azı biri mükafatçılar sırasında debüt edir. Rəşad Sadıqovun “Zirə”də qazandığı bürünc onun baş məşqçi kimi ilk uğurudur.

mövsüm

çempion

II yer

III yer

1992

Əhməd Ələsgərov

Sabir Əliyev

Ruslan Abdullayev

1993

Ağasəlim Mircavadov

Sabir Əliyev

Ruslan Abdullayev

1993/94

Kazbek Tuayev

Ağasəlim Mircavadov

Mehman Allahverdiyev

1994/95

Mehman Allahverdiyev

Kazbek Tuayev

Vaqif Sadıqov

1995/96

Kazbek Tuayev

Nadir Qasımov

Mehman Allahverdiyev

1996/97

Kazbek Tuayev

Elbrus Abbasov

Rəşid Özbəyov

1997/98

Mehman Allahverdiyev

Yaşar Abdulov

Ramiz Kazımov

1998/99

Mehman Allahverdiyev

Asəf Namazov

Əhməd Ələsgərov

1999/2000

Ağasəlim Mircavadov

Mehman Allahverdiyev

Şamil Heydərov

2000/01

Ağasəlim Mircavadov

Oqtay Abdullayev

Qəhrəman Əliyev

2001/02

yarımçıq qalıb

 

 

2002/03

keçirilməyib

 

 

2003/04

Kazbek Tuayev

Qəhrəman Əliyev

Şahin Diniyev

2004/05

Ağasəlim Mircavadov

Rasim Kara

Yunis Hüseynov

2005/06

Böyükağa Hacıyev

Yunis Hüseynov

Ağasəlim Mircavadov

2006/07

Ağasəlim Mircavadov

Qurban Qurbanov

Böyükağa Hacıyev

2007/08

Valentin Xodukin

Əshər Abdullayev

Anatoli Demyanenko

2008/09

Qyoko Hacievski

Valentin Xodukin

Roman Pokora

2009/10

Kaxaber Sxadadze

Cüneyt Biçər

Qurban Qurbanov

2010/11

Arif Əsədov

Mirça Rednik

Qurban Qurbanov

2011/12

Böyükağa Hacıyev

Yunis Hüseynov

Kaxaber Sxadadze

2012/13

Böyükağa Hacıyev

Qurban Qurbanov

Kaxaber Sxadadze

2013/14

Qurban Qurbanov

Kaxaber Sxadadze

Yuri Syomin

2014/15

Qurban Qurbanov

Kaxaber Sxadadze

Roman Qriqorçuk

2015/16

Qurban Qurbanov

Adil Şükürov

Roman Qriqorçuk

2016/17

Qurban Qurbanov

Roman Qriqorçuk

Zaur Svanadze

2017/18

Qurban Qurbanov

Roman Qriqorçuk

Tərlan Əhmədov

2018/19

Qurban Qurbanov

Roberto Bordin

Aftandil Hacıyev

2019/20

Qurban Qurbanov

Füzuli Məmmədov

Tərlan Əhmədov

2020/21

Samir Abasov

Qurban Qurbanov

Ayxan Abbasov

2021/22

Qurban Qurbanov

Samir Abasov

Rəşad Sadıqov

Çempionatın ən yaxşı bombardiri adını Kadi Borqes qazandı. Debüt mövsümündə bu uğura nail olan futbolçu 12 dəfə rəqib qapılarına yol tapıb.

Kadi bu ada yiyələnən ikinci braziliyalı olub. Onadək yalnız Reynaldo Azərbaycanda bombardir kimi tarixə düşüb. Tarixdə 14-cü dəfə bu mükafat legionerə nəsib olub.

7-ci dəfə “Qarabağ”ın üzvü bombardir adını əldə edib. Bu göstəricidə “Neftçi”nin sahibi olduğu rekord təkrarlanıb.

MÖVSÜM

FUTBOLÇU

KLUB

QOL

1992

Nazim Əliyev

“Xəzər”

39

1993

Samir Ələkbərov

“Neftçi”

16

1993/94

Musa Qurbanov

“Turan”

35

1994/95

Nazim Əliyev

“Neftçi”

26

1995/96

Rövşən Əhmədov

“Kəpəz”

23

 

Fazil Pərvərov

“Kəpəz”

23

1996/97

Qurban Qurbanov

“Neftçi”

34

1997/98

Nazim Əliyev

“Dinamo”

23

1998/99

Alay Bəhramov

“Viləş”

24

1999/00

Badri Kvaratsxeliya

“Şəmkir”

16

2000/01

Paşa Əliyev

“Dinamo-Bakılı”

13

2003/04

Samir Musayev

“Qarabağ”

20

2004/05

Zaur Ramazanov

“Karvan”

21

2005/06

Yakuba Bamba

“Karvan”

16

2006/07

Zaur Ramazanov

“Xəzər-Lənkəran”

20

2007/08

Xaqani Məmmədov

”İnter”

19

2008/09

Valter Quqlemon

“İnter”

17

2009/10

Fərid Quliyev

“Standard”

16

2010/11

Georgi Adamiya

“Qarabağ”

18

2011/12

Bahodir Nasimov

“Neftçi”

16

2012/13

Nikolas Kanales

“Neftçi”

26

2013/14

Reynaldo Silva

“Qarabağ”

22

2014/15

Nurlan Novruzov

"Bakı"

15

2015/16

Dani Kintana

“Qarabağ”

15

2016/17

Filip Ozobiç

"Qəbələ"

11

 

Rauf Əliyev

"İnter"

11

2017/18

Baqali Dabo

"Qəbələ"

13

2018/19

Mahir Emreli

“Qarabağ”

16

2019/20

Baqali Dabo

"Neftçi"

7

 

Mahir Emreli

“Qarabağ”

7

 

Stiven Monroz

"Neftçi"

7

 

Peyman Babayi

"Sumqayıt"

7

2020/21

Namiq Ələsgərov

"Neftçi"

19

2021/22

Kadi Borqes

“Qarabağ”

12

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur

0