“Qarabağ” Gəncədə xal itirdi - YENİLƏNİB
04.02.2023 - 15:53
“Qarabağ” Gəncədə xal itirdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXI tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.

Yeganə qarşılaşma Gəncədə keçirilib. Çempionatın autsayderi “Kəpəz” lideri “Qarabağ”ı qəbul edib.

Son çempion ilk yarıda Musa Qurbanlının qolu ilə hesabı açıb. Qərblilər ikinci yarının əvvəlində status-kvonu bərpa etməyə müvəffəq olub. Ahmad Ayzaya Qurban Qurbanovun komandasının qapısına yol tapıb. “Qarabağ” xal itkisindən qaçmaq üçün ardıcıl hücumlar qursa da, qələbə qolunu vura bilməyib – 1:1.

Qeyd edək ki, tura fevralın 6-da yekun vurulacaq.

Misli Premyer Liqası
XXI tur
4 fevral (şənbə)
14:00. “Kəpəz” – “Qarabağ” - 1:1
Qollar:
Ahmed Ayzaya 49 - Musa Qurbanlı, 24
Baş hakim: Rauf Cabarov
“Kəpəz”: 68. Orxan Sadıqlı 74. Yusif Nəbiyev (k) 14. Elçin Əlicanov 77. Fərid Nəbiyev 3. Abdulla Rzayev 40. Ahmed Ayzaya 9. Mate Kvirkviya 78. Yeqor Xvalko 7. Giorgi Kantariya 21. Martins Junior 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç 8. Tural Axundov 80. Tural Rzayev 70. Nicat Süleymanov 5. İdris İnqilablı 27. Samir Məhərrəmli 97. Nicat Məmmədov 20. Mahir Həsənov 44. Nihat Fərəci 66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov
“Qarabağ”: 89. Amin Ramazanov 5. Maksim Medvedev (k) 2. Qara Qarayev 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 9. Musa Qurbanlı 81. Kevin Medina 6. Julio Romao 99. Redon Cica 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 20. Riçard Almeyda 19. Filip Ozobiç 55. Bədavi Hüseynov 4. Rahil Məmmədov 18. İsmayıl İbrahimli 27. Toral Bayramov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 10. Abdullah Zubir 7. Yassin Benzia 8. Marko Yankoviç
Baş məşqçi: Qurban Qurbanov
Gəncə şəhər stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

21

18

3

0

55-12

57

2

Sabah

20

15

4

1

45-13

49

3

Neftçi

20

13

2

5

36-21

41

4

Zirə

20

9

4

7

23-26

31

5

Qəbələ

20

7

5

8

22-23

26

6

Turan Tovuz

20

4

5

11

14-27

17

7

Şamaxı

20

3

7

10

17-32

16

8

Sumqayıt

20

3

6

11

13-34

15

9

Kəpəz

21

2

8

11

19-39

14

10

Səbail

20

3

4

13

15-32

13

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi "Qarabağ") - 15 qol, Coy Lens Mikels ("Sabah") - 11 qol, Emin Mahmudov ("Neftçi") - 10 qol

0