Ağır atletika üzrə Azərbaycan millisinin ağır günlərinə son qoyulub. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin martında dopinq qalmaqalında “ilişən” yığmamızın bütün üzvlərinin diskvalifikasiya müddəti başa çatıb.
Belə ki, həmin vaxt Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 18 idmançımızı yarışlardan kənarlaşdırılaraq, 2013-cü və 2014-cü ildəki nəticələrini ləğv etmişdi. Buna səbəb təmsilçilərimizdə istifadəsi qadağan olunan oksandrolon, dehidrometiltestosteron və stanozolol maddələrinin aşkar olunması idi.
Artıq millimizin aparıcı simalarından Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kiriyenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitskaya, İntiqam Zairov, Elxan Əliquluzadə, Yuliya Derkaç, Yuri Dudoqlo, Firudin Quliyev, Kristina Yovu, Aluda Manaqadze, Nailxan Nəbiyev, Nicat Rəhimov və Tatyana Varlamova podiuma qayıda bilərlər. Lakin bu idmançıların hazırda hansı formada olması, həmçinin hansının yoluna davam edəcəyi hələ sual altındadı.
Təmsilçilərimizdən Rəhimovun Azərbaycan adına deyil, Qazaxıstan üçün karyerasını davam etdirəcəyi və ömürlük diskvalifikasiya olunan Zülfüqar Süleymanovun isə millimizi azarkeş kimi izləyəcəyi isə dəqiqdi.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub