Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günündə 1/32 final mərhələsinin ilk görüşləri baş tutub.
Turnirdə mübarizəni davam etdirən Azərbaycan millisinin 4 üzvündən yalnız Rauf Məmmədov uduzub. Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə ilə kifayətlənsə də, Qədir Hüseynov günü qələbəylə başa vurub.
Dünya Kuboku
1/32 final, ilk oyunlar
Teymur Rəcəbov (Azərbaycan) – İlya Smirin (İsrail) - 0,5:0,5
David Navara (Çexiya) – Qədir Hüseynov (Azərbaycan) - 0:1
Fabiano Karuana (ABŞ) – Rauf Məmmədov (Azərbaycan) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yifan Hou (Çin) - 0,5:0,5
Qeyd edək ki, Eltac Səfərli və Vasif Durarbəyli ilk mərhələdə mübarizəni dayandırıb.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb