2024-cü ildə Yay Olimpiya və Paralimpiya Oyunlarınını qəbul etməyə namizəd şəhərlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 9 il sonra baş tutacaq Olimpiada üçün ev sahibliyi mübarizəsi 5 şəhər arasında gedəcək.
Belə ki, Beynəlxalq Olimpiya Komitəsi Hamburq (Almaniya), Roma (İtaliya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeştin (Macarıstan) yarışı keçirmək arzusunda olduğunu açıqlayıb. Namizədlər arasında Azərbaycan paytaxtı Bakının, həmçinin Toronto (Kanada) və Əhmədabadın (Hindistan) adının olacağı gözlənilsə də, bu ən azı növbəti Yay Olimpiya Oyunlarında qədər təxirə salınıb.
Qeyd edək ki, Bakı 2016 və 2020-ci illərdə keçiriləcək Olimpiada üçün namizədliyini irəli sürsə də, ilk mərhələdə mübarizəni dayandırmışdı.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub