Mərakeşdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir.
Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 7 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıblar.
Vüsalə Kərimova (44 kq), Səbinə Əliyeva (48 kq), Mirağa Hacıyev (50 kq), Mətin Rzayev (60 kq), Kamran Novruzov (73 kq), Yaqub İsmayılzadə (90 kq), Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Aytac Qardaşxanlı (48 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), Vüqar Talıbov (66 kq), Hacıbala Cəbrayılov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Hüseyn Məmmədov (+90 kq) gümüş, Ülviyyə Bayramova (52 kq), Məsməxanım Quliyeva (70 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) bürünc medal qazanıb.
- Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”
- "Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
- Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”
- Bakı “Dünya İdman Paytaxtı” elan olunub - FOTO