Çin Xalq Respublikasının Taypey şəhərində mayın 14-dən 25-ə kimi boks üzrə yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda 45 ölkənin 441 idmançısı mübarizə aparacaq.
Azərbaycan milli komandası məşqçi İlham Alimcanovun rəhbərliyi altında yarışda 3 boksçu ilə təmsil olunacaq. Viktoriya İsmayılova (51 kq), Aliyə Vəlizadə (54 kq) və Alina Hacıyeva (+81 kq) komandamıza medal qazandırmağa çalışacaqlar.
Qeyd edək ki, milli komandamızın hər 3 üzvü gənclərin yarışında gücünü sınayacaq. Gənclərin yarışında 247, yeniyetmələrdə isə 194 boksçu çıxış edəcək. İqtisadi cəhətdən zəif inkişaf edən ölkələrdən Əfqanıstan, Botsvana, Burundi, Qvatemala, Haiti, Kosovo, Nepal və Şri-Lanka boksçuları da dünya birinciliyinə qatılmaq imkanı əldə ediblər.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı