Mayın 15-də Gəncədə on minlərlə şəhər sakini birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, Alov festivalında iştirak etmək üçün küçələrə çıxıblar.
Apasport.az-ın apa.az-a istinadən məlumatına görə, mərkəzi meydanda məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul edib.
Sonra 10 idmançı məşəl yürüşünə çıxıb. Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəliblər. Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə səhnədə məşəlin alovlandırılması mərasimi keçirilib. Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev mərkəzinə təqdim olunub.
Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər. Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Alov festivalının sonunda möhtəşəm atəşfəşanlıq olub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı