“Zirə” – “Makkabi”: Bukmekerlər favoriti açıqladı
21.07.2022 - 15:26
“Zirə” – “Makkabi”: Bukmekerlər favoriti açıqladı

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Zirə” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail) oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Bakıda mübarizə aparacaq Rəşad Sadıqovun komandasının məğlub olacağını proqnozlaşdırır. 

Bu gün “Dalğa Arena”da baş tutacaq matçda “Zirə”nin qələbəsi 4,54, məğlubiyyəti 1,17 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,44 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
 

0