Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqla rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, London-2012 və Rio-2016-nın iştirakçısı ardıcıl 3-cü dəfə bu multiidman yarışının iştirakçısı olacaq.
Fəridə ən azı üç Olimpiadada iştirak edəcək 12-ci Azərbaycan idmançısıdır. Siyahıya düşən yeganə taekvondoçu kimi öz idman növündə tək olan atletimiz həm də yaşına görə rekord vurub.
O, 26 yaşında özünün 3-cü Olimpiadasına qatılacaq. Bu, Azərbaycan idmançıları arasında mütləq rekorddur.
Fəridəyə qədər 3-cü dəfə Olimpiya Oyunlarına qatılan ən gənc idmançı Nizami Paşayev idi. O, 27 yaşında buna nail olmuşdu. “Üç”ü fəth edən ən gənc idmançımız növbəti Olimpiadanı da cəmi 3 il gözləməlidir.
Ümumilikdə isə siyahıda yer alan 12 idmançıdan ikisi cədvəldəki göstəricisini Tokioda rəsmiləşdirəcək. “12-lik”dən ikisi 4, onu 3 yarışın iştirakçısıdır. Tokio-2020-yə qədər mütləq rekord güllə atıcısı İradə Aşumovaya məxsusdur. Dörd Olimpiadaya qatılan snayperin göstəricisini Mariya Stadnik təkrarlayacaq. Qarşıdakı yarışa lisenziya qazanan güləşçimiz rekorda şərik çıxacaq.
İdmançı |
İştirak illəri |
Olimpiada sayı |
İdman növü |
İradə Aşumova |
1996-2004, 2012 |
4 |
Güllə atıcılığı |
Mariya Stadnik |
2008-2020 |
4 |
Sərbəst güləşi |
Arif Abdullayev |
1996-2004 |
3 |
Sərbəst güləş |
Fəridə Əzizova |
2012-2020 |
3 |
Taekvondo |
Xetaq Qazyumov |
2008-2016 |
3 |
Sərbəst güləş |
Mehman Əzizov |
2000-2008 |
3 |
Cüdo |
Namiq Abdullayev |
1996-2004 |
3 |
Sərbəst güləş |
Nizami Paşayev |
2000-2008 |
3 |
Ağırlıqqaldırma |
Rövşən Bayramov |
2008-2016 |
3 |
Yunan-Roma güləşi |
Şərif Şərifov |
2012-2020 |
3 |
Sərbəst güləşi |
Turan Mirzəyev |
2000-2008 |
3 |
Ağırlıqqaldırma |
Zemfira Meftahətdinova |
2000-2008 |
3 |
Stend atıcılığı |