Basketbolçularımız yoxlama oyununda qalib gəldi
18.02.2024 - 10:21
Basketbolçularımız yoxlama oyununda qalib gəldi

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışındadır.

Apasport.az xəbər verir ki, İstanbul şəhərində davam edən toplanış çərçivəsində millimiz Birləşmiş Ərəb Əmirlikləri kollektivi ilə yoldaşlıq oyunu keçirib.

Tahir Baxşıyevin yetirmələri matçdan qalib ayrılıb – 72:57. Millimizin heyətində ən məhsuldar basketbolçu 14 xal və 4 ribaundla kapitan Amil Həmzəyev olub.

Qeyd edək ki, təlim-məşq toplanışının fevralın 21-dək davam etməsi planlaşdırılır.

0