"Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının yarımfinalının "Sabah"la matçı (72:96) barədə fikirlərini bildirib:
"Rəqibimizi finala çıxdığı üçün təbrik edirəm. Mövsümün gətirdiyi yorğunluqdan dolayı enerjimiz azalmışdı. Yenə də uşaqlar əllərindən gələni etdi. İlk hissədə rəqibə qarşılıq verə bilmədik. Ondan sonra da matçda onlara çatmağımız mümkünsüz oldu. Mövsümün ən yaxşı performans göstərən komandası olduq. Finala çıxa bilməsək də, çempionatı 3-cü sırada bitirdik. Bu, bildiyim qədəri ilə Şəki şəhərinin idman tarixində ən yaxşı nəticəsidir. Şəki şəhərinə bu da bizdən hədiyyə olsun. Düşünürəm ki, Şəkinin idman mədəniyyətinin inkişafı üçün bu, bir addım oldu. Ümidvaram ki, bu uğurdan sonra Şəkidə basketbola maraq artar, məşqçilər daha yaxşı oyunçular yetişdirər, valideynlər uşaqlarını idmana yazdırar. Şəki kiçik şəhər olsa da, burada böyük ürəklərlə oynadıq. Bütün oyunçularımı ürəkdən təbrik edirəm. Mövsüm boyu bizim yanımızda olan azarkeşlərə də təşəkkürümü çatdırıram".
Qeyd edək ki, hər iki oyunda uduzan "Şəki" mövsümü başa vurub.
- Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB
- FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib
- Millimiz bu gün iki matç keçirəcək
- Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb