"Quba" 4 yoxlama oyunu keçirəcək
15.09.2025 - 13:23
"Quba" 4 yoxlama oyunu keçirəcək

“Quba” yeni mövsümün hazırlıqlarına start verib.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında gündə bir dəfə olmaqla məşqə çıxır.

“Quba”nın yeni transferləri də artıq kollektivə qoşulub. Komanda Şəhriyar Əsgərovun rəhbərliyi altında 4 yoxlama görüşünə çıxacaq.

Qeyd edək ki, “Quba” bu mövsüm ilk görüşünü oktyabrın 2-də səfərdə “Sərhədçi”yə qarşı keçirəcək.