Tahir Baxşıyev: “Ruhdan düşmək olmaz”
13.12.2024 - 22:56
"Cədvəl kifayət qədər sıxdır. Ruhdan düşmək olmaz".
Apasport.az xəbər verir ki, bu sözləri NTD komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.
O, “Abşeron”la (75:89) qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib:
“İlk iki hissə normal keçdi. Amma üçüncü hissə uğursuz oldu. Böyük fasilədən sonra oyuna bu cür başlamaq olmaz. İndi bizə növbəti oyunlara hazırlaşmaq qalır. Növbəti oyun artıq 3 gündən sonra olacaq. Hazırlaşıb, özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq".
0
0