"Əvvəlcə, "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Oyun planlaşdırdığımız kimi getmədi".
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında Vadim Kuramşın deyib.
O, basketbol üzrə Azərbaycan kubokunun 1/8 finalında "Neftçi"yə məğlubiyyəti şərh edib:
"Prinsip etibarilə, layiqli mübarizə apardıq. Oyunun müəyyən hissəsində "Neftçi" fərqi artırdı və sonadək bu fərq aşağı-yuxarı eyni qaldı. Bizdə rotasiya ilə bağlı problemlər var. Hərçənd rəqibin ehtiyat oyunçular skamyası isə genişdir. Onların heyətində Amil Həmzəyevlə Kamran Məmmədovun çıxış nəticəyə təsir göstərdi. Bizdə də uşaqlar çalışdı, sadəcə sonluğu gətirə bilmədik".
Qeyd edək ki, "Sumqayıt" 90:103 hesabı ilə uduzaraq, kubokda mübarizəni dayandırıb.