Avstriya – Danimarka: Yeqor Titovun PROQNOZU
06.06.2022 - 11:28
Avstriya – Danimarka: Yeqor Titovun PROQNOZU

Millətlər Liqasının ilk turunda qələbə qazanan Avstriya ilə Danimarka bu gün üz-üzə gələcək.

Apasport.az saytının məlumatlına görə, futbol veteranı Yeqor Titov görüşə proqnoz verib.

Hər iki komanda özlərinin Millətlər Liqasındakı ilk matçında layiqli futbol nümayiş etdirib və səfər qələbəsi qazanıb. Bu da onu göstərir ki, Avstriya və Danimarka indi yaxşı vəziyyətdədir və keyfiyyətli oyun nümayiş etdirməyə köklənib.

Bu rəqiblər bir-birini pis tanımlrkar. Onlar DÇ-2022-nin seçmə mərhələsində də qarşılaşıblar. Hər iki görüşdə Danimarka quru hesabla qələbə qazanıb.

İndi Avstriya öz meydanında həmin məğlubiyyətlərə görə daha çox reabilitasiya olunmağa çalışacaq. Komandanın yaxşı formada olduğunu isə Xorvatiyadakı matç da göstərdi.

Danimarkalılar Parisdə çox güc qoydular. Bu dəfə müdafiədə konsentrasiya yetməyə bilər. Əvəzində hücum xətti özünün yüksək səviyyəsini göstərəcək. Orda müxtəlif variantlar var. Ötən oyunda dubl edən futbolçu əslində ehtiyat variantdır.

Hər iki komandanın qol vuracağını təxmin edirəm. Həm də qol sayı ən azı 3 olacaq. Komandalar bir-birindən çəkinməməlidir. Çünki özlərini rəqibdən zəif saymırlar, hətta Avstriya da. Ona görə açıq futbol gözləyirəm.

Proqnozum: Q/Q və Üst

0