Bukmekerləri yanıldacaq oyun – PROQNOZ
19.06.2022 - 17:02
Bukmekerləri yanıldacaq oyun – PROQNOZ

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilk turunun növbəti oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Slovakiya təşkil olunan turnirin B qrupu çərçivəsində Serbiya – İsrail matçı olacaq.

Rusiyalı ekspert Dmitri Razumets qarşılaşma ilə bağlı proqnozunu verib. Mütəxəssisin fikrincə, görüşün nəticəsi bukmekerləri yanıldacaq:

Hər iki komanda ikinci mərhələdə eyni statistika göstərdi: 2 qələbə, 1 heç-heçə. Son duelləri 2019-cu ilə təsadüf edib və serblər 3:0 hesablı qələbə qazanıblar. Ancaq həmin vaxtdan heyətlər tamam dəyişib. Serbiya yığması indi iki futbolçudan - Marko Lazetiç və Oqnyen Aydardan asılıdır. Onların önünə isə bu gün etibarlı İsrail müdafiəsi çıxacaq.

Əmsallara baxdıqda Serbiyanın favorit olduğunu görürük. Ancaq fikrimcə, nominal qonaqların uduzmayacağına mərc etməyə dəyər. Hər nə qədər riskli görünsə də, İsrailin Serbiyaya məğlub olmayacağını təxmin edirəm.

Proqnozum: X2

0