Çempionlar Liqası: Zədəlilər, cəzalılar, ƏMSALLAR...
14.03.2023 - 11:19
Çempionlar Liqası: Zədəlilər, cəzalılar, ƏMSALLAR...

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti oyunlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 1/4 finalın iki iştirakçısının adına Portuqaliya və İngiltərədəki matçlarda aydınlıq gələcək.

“Porto” İtaliyada minimal hesabla uduzduğu “İnter”i qəbul edəcək. “Draqao”dakı qarşılaşmaya meydan sahibləri revanş, qonaqlar üstünlüyü qorumaq üçün çıxacaq.

“Mançester Siti” Almaniyada məğlub edə bilmədiyi “Leypsiq”i sınağa çəkəcək. Bundesliqa təmsilçisi sensasiyaya ümid edirsə, ingiltərəlilər kuboka doğru növbəti addım atmağa köklənib.

Qeyd edək ki, 1/8 final mərhələsi sabah keçiriləcək iki qarşılaşma ilə başa çatacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
14 mart

00:00. “Porto” – “İnter”
Baş hakim:
Şimon Marçinyak (Polşa)
Zədəlilər: Evanilson, Joao Marselo, Fransisko Meysedo (hamısı “Porto”), Enrike Dalbert, Robin Qosens (hər ikisi “İnter”)
Cəzalı: Otavio (“Porto”)
Zədə üzündən sual altında olanlar: Joao Mario (“Porto”), Milan Şkrinyar, Xoakin Korrea (hər ikisi “İnter”)
Əmsallar: 1 – 2,57, X – 3,50, 2 – 2,90
Porto. “Draqao” stadionu
İlk oyun – 0:1

00:00. “Mançester Siti” – “Leypsiq”
Baş hakim:
Slavko Vinçiç (Sloveniya)
Zədəlilər: Peter Qulaçi, Kristofer Nkunku, Xavyer Şlaqer, Abdu Diallo (hamısı “Leypsiq”)
Əmsallar: 1 – 1,31, X – 6,10, 2 – 10,50
Mançester. “Etihad” stadionu
İlk oyun – 1:1

0