Çempionlar Liqasında mövsümün qalibi kim olacaq? - SİYAHI
10.07.2022 - 14:56
Çempionlar Liqasında mövsümün qalibi kim olacaq? - SİYAHI

Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün favoritləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bukmekerlər qrup mərhələsindən mübarizəyə başlayacaq komandaların şanslarını dəyərləndirib.

Çempionluğa ən real namizəd “Mançester Siti” sayılır. Premyer Liqa çempionunun ÇL-i qazanmasına cəmi 4 əmsal verilib. “Liverpul”da bu mərc 5, PSJ-də isə 6 əmsal göstərilib.

Maraqlıdır ki, qitənin ən nüfuzlu klub turnirinin son qalibi “Real”a inam o qədər də böyük deyil. “Kral klubu”nun qalibiyyəti təqdirində ona bəribaşdan qoyuluş edənlər yatırdıqları məbləğin 15 qatını qazanacaqlar. “Real” favoritlər sırasında 6-cı, əzəli rəqibi “Barselona” isə 7-cidir.

1. “Mançester Siti” - 4,00
2. “Liverpul” - 5,00
3. PSJ - 6,00
4. “Bavariya” - 8,00
5. “Çelsi” - 13,0
6. “Real” - 15,0
7. “Barselona” - 17,0
8. “Yuventus” - 25,0
9. “Tottenhem” - 30,0
10. “Atletiko” - 35,0
 

1