Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qol rekordu təkrarlanıb
11.04.2024 - 12:12
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qol rekordu təkrarlanıb

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında komandalar 18 qol vurub.

Apasport.az "OptaJoe" portalına istinadla xəbər verir ki, bu göstərici 2010/2011 mövsümündə  turnirin 1/4 final mərhələsində müəyyən edilmiş performans rekordunu təkrarlayıb.

Aprelin 9-da "Real Madrid" və "Mançester Siti" komandaları matçı məhsuldar heç-heçə ilə başa vurublar- 3:3. Günün digər oyununda "Arsenal" "Bavariya" ilə bərabərə qalıb - 2:2.

Aprelin 10-da "Barselona" səfərdə PSJ-ni (3:2), "Atletiko" isə "Borussiya"nı (2:1) məğlub edib.

0