
UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın III səbətdəki rəqibləri "Ayaks", "Napoli", IV səbətdəki rəqibləri isə "Atletik" və "Kopenhagen" komandaları olub.
****
20:33
Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın Monakoda yerləşən inzibati binasında təşkil olunub.
Turnirdə Azərbaycanı təmsil edən "Qarabağ"ın rəqibləri bəlli olub.
IV səbətdə yer alan Ağdam təmsilçisinin bu mərhələdəki rəqibləri I səbətdən "Çelsi", "Liverpul", II səbətdən isə "Benfika" (Portuqaliya) və "Ayntraxt" komandaları olub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk turunun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsi fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.