DÇ-2026: Fil Dişi Sahili Norveçə qarşı - YENİLƏNİR
30.06.2026 - 21:00
DÇ-2026:  Fil Dişi Sahili Norveçə qarşı   - YENİLƏNİR

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında Fil Dişi Sahili və Norveç milliləri üz-üzə gəlir. 

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb. 

Qeyd edək ki, oyunun qalibi 1/8 final mərhələsində Braziliya yığması ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
30 iyun
21:00. Fil Dişi Sahili – Norveç 0:0

Fil Dişi Sahili: Fofana, Due, Kossunu, Aqbadou, Konan, Sanqare, Pepe, Kessie, İnao Ulay, Diomande, Bonni

Norveç: Nüland, Vulfe, Lisaker-Heggem, Ayer, Pedersen, Berq, Berge, Odeqor, Nusa, Haaland, Sörlot.