DÇ-2026: Fransa İsveçə qarşı - YENİLƏNİR
01.07.2026 - 01:01
DÇ-2026: Fransa İsveçə qarşı -   YENİLƏNİR

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilir. 

Apasport.az xəbər verir ki, pley-off mərhələsində Fransa və İsveç milliləri üz-üzə gəlir. 

Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayıb.

Qeyd edək ki, cütün qalibi 1/8 finalda Almaniyanı mübarizədən kənarlaşdıran Paraqvay seçməsi ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
1 iyul
01:00. Fransa - İsveç 0:0

Fransa: Menyan, Kunde, Upamekano, Saliba, Din, Çuameni, Rabyo, Dembele, Olise, Barkola, Mbappe

İsveç: Videll Setterström, Stroud, Lindelöf, Lagerbyelke, Qudmundsson, Berqvall, Ayari, Svensson, İsak, Elanqa, Gyökeres