2026-cı il dünya çempionatında B qrupunda II tura start veriləcək.
Apasport.az xəbər verir ki, turun ilk oyununda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hər iki komanda ilk turda heç-heçə edib. İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
Qeyd edək ki, B qrupunun digər oyununda Kanada Qətərlə üz-üzə gələcək.
Dünya çempionatı
B qrupu, II tur
18 iyun
23:00. İsveçrə - Bosniya və Herseqovina 0:0
İsveçrə: Kobel – Vidmer, Elvedi, Akanji, Rodriges – Aebişer, Caka, Freuler – Rider, Embolo, Ndoye.
Bosniya və Herseqovina (4-4-2):
Vasily – Kolaşinaç, Katiç, Muharemoviç, Dediç – Alaybeqoviç, Suniç, Tahiroviç, Memiç – Dzeko, Demiroviç.