DÇ-26: Konqodan bərabərlik qolu - YENİLƏNİR
17.06.2026 - 21:51
DÇ-26: Konqodan bərabərlik qolu - YENİLƏNİR

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.

Apasport.az xəbər verir ki, K qrupunda Portuqaliya millisi Konqo DR-lə qarşılaşır. 

Görüşə Bakı vaxtı ilə iyunun 17-də saat 21:00-da start verilib. 

Portuqaliya oyuna qolla başlayıb. 6-cı dəqiqədə Netonun ötürməsindən sonra 1.74-lük Joao Neveş topu başla qapıdan keçirib. İlk hissənin sonlarında Konqo DR hesabı bərabərləşdirib. Vissa da başla dəqiq oynayıb. İlk hissə 1:1-lik bərabərliklə başa çatıb. 

Bu qarşılaşma K qrupunun ilk turu çərçivəsində baş tutur. Qrupun digər oyununda isə Özbəkistan Kolumbiya ilə üz-üzə gələcək.

DÇ-2026
K qrupu
17 iyun

21:00. Portuqaliya – Konqo DR 1:1

Qol: J. Neveş, 6, Vissa, 45+5

Portuqaliya: Diogo Kosta, Kanselo, Arauxo, Veyqa, Nunu Mendeş, Joao Neveş, Vitinya, Bernardo Silva, Bruno Fernandeş, Pedro Neto, Kriştiano Ronaldo.

DR Konqo: Mpasi-Nzau, Masuaku, Kapuadi, Tuanzebe, Mbemba, Van-Bissaka, Kayembe, Mukau, Moutoussami, Vissa, Bakambu.