İngilislər 62 il sonra İtaliya millisini səfərdə yenməyi bacardı
24.03.2023 - 01:53
İngilislər 62 il sonra İtaliya millisini səfərdə yenməyi bacardı

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçirilib.

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutub. Turnirin son qalibi finalda məğlub etdiyi İngiltərəni qəbul edib. C qrupu çərçivəsində keçirilən matçın birinci hissəsində vurduğu qollar sayəsində səfər qələbəsi qazanan ingilislər son qitə birinciliyinin revanşını alıblar.

Bununla da İngiltərə millisi 1961-ci ildən bəri ilk dəfə səfərdə italyanları məğlub etməyi bacarıb.

AVRO-2024-ün seçmə mərhələzi

I tur

C qrupu

İtaliya – İngiltərə 1:2

Qollar: Mateo Retequi, 56 - Deklan Rays, 13, Harri Keyn, 44 (pen.)

Şimali Makedoniya – Malta 2:1

Qollar: Elif Elmas, 66, Darko Çurlinov 72 - Yankam Yannik, 86

H qrupu

Qazaxıstan – Sloveniya 1:2

Qollar: Maksim Samorodov, 24 – David Brekalo, 47, Jan Vipotnik, 78

Danimarka – Finlandiya – 3:1

Qollar: Rasmus Hoylund, 21, 82, 90+3 – Oliver Antman, 53

San Marino – Şimali İrlandiya 0:2

Qollar: Dion Çarles, 24, 55

J qrupu

Portuqaliya – Lixtenşteyn 4:0

Qollar: Joau Kanselu, 8, Bernardu Silva, 47, Kriştianu Ronaldo, 53 (pen.), 63

Slovakiya – Lüksemburq 0:0

Bosniya və Herseqovina – İslandiya 3:0

Qollar: Rade Kruniç, 14, 40, Amar Dediç, 63

0