KL: "Neftçi"nin potensial rəqibi bəlli oldu - YENİLƏNİB
20.07.2026 - 16:16
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Neftçi” növbəti mərhələyə yüksələcəyi təqdirdə “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
“Ağ-qaralar”ın III təsnifat mərhələsinə vəsiqə qazanması üçün əvvəlcə II təsnifat mərhələsində Belarusun Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırması lazımdır.
Qeyd edək ki, “Neftçi” – “Dinamo” arasında ilk görüş iyulun 22-də Bakıda, cavab oyunu isə bir həftə sonra Bolqarıstanda keçiriləcək.
0
0