Kurtua AVRO-2024-ü buraxacaq
02.05.2024 - 10:54
Kurtua AVRO-2024-ü buraxacaq

Belçika millisinin baş məşqçisi Domeniko Tadesko zədə səbəbindən mövsümün böyük hissəsini buraxan "Real Madrid"in təcrübəli qapıçısı Tibo Kurtuanın AVRO-2024-də iştirak etməyəcəyini açıqlayıb.

Apasport.az xəbər verir ki, 31 yaşlı qolkiper avqustda ön çarpaz bağını zədələmişdi. O, sürətlə sağalsa da, Kurtua bu yay Almaniyada meydana çıxmayacaq. Belçikalı qolkiper 102 dəfə millinin formasını geyinib.

Kurtuanın yoxluğunda Belçikanın qapısını Koen Kastilsin qoruyacağı gözlənilir .

Belçika AVRO-2024 -də E qrupunda Rumıniya, Ukrayna və Slovakiya ilə mübarizə aparacaq  .

0