"Mançester Siti" "Arsenal"ı məğlub edib 1/8 finala çıxdı
28.01.2023 - 01:56
İngiltərə Kubokunun 1/16 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, bu mərhələnin ən maraqla gözlənilən oyunu Mançester şəhərində baş tutub.
Premyer Liqanın son çempionu "Mançester Siti" lider "Arsenal"ı qəbul edib. Niderlandlı mərkəz müdafiəçisi Natan Akenin 64-cü dəqiqədə vurduğu qol həlledici olub.
Beləliklə, "Siti" 1/8 finala vəsiqə qazanmaqla "Arsenal"ı İngiltərə Kubokundan uzaqlaşdırıb.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
0
0