“Qalatasaray” öz meydanında uduzdu, “Mançester Yunayted”dən ilk qələbə
25.10.2023 - 00:56
“Qalatasaray” öz meydanında uduzdu, “Mançester Yunayted”dən ilk qələbə

Çempionlar Liqasının qrup mərhələsində 3-cü turun ilk günü arxada qalıb.

Apasport.az saytı xəbər verir ki, Türkiyə çempionu öz meydanında uduzub.

“Qalatasaray” qrupun favoriti “Bavariya” ilə bacarmayıb. Qonaq komanda 3:1 hesabı ilə qələbə qazanaraq, qrupda maksimum nəticəyə imza atıb. Qrupun digər görüşündə “Mançester Yunayted” öz meydanında üç xal qazanıb. Son saniyələrdə "Kopenhagen" penalti zərbəsindən istifadə edə bilməyib.

Madrid “Real”ı itkisiz irəliləyir. “Kral klubu” bu dəfə səfərdə “Braqa”ya qalib gəlib.

Çempionlar Liqası, qrup mərhələsi
3 oktyabr
III tur
A qrupu

"Qalatasaray" (Türkiyə) - "Bavariya" (Almaniya) - 1:3
Qollar: İkardi, 30 - Koman, 8. Keyn, 73. Musiala, 79
"Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka) - 0:1
Qol: Maquayr, 72
"Bavariya" - 9, "Qalatasaray" - 4, "Mançester Yunayted" – 3, "Kopenhagen" - 1 xal.

B qrupu
“Lans” (Fransa) - PSV (Niderland) - 1:1
Qollar: Vai, 65 - Bakayoko, 55
“Sevilya” (İspaniya) - “Arsenal” (İngiltərə) - 1:2
Qollar: Qudely, 58 - Martinelli, 45+4. Jesus, 53
"Arsenal" - 6, "Lans" - 5,  "Sevilya" - 2, PSV – 2 xal.

C qrupu
“Union” (Berlin, Almaniya) - "Napoli" (İtaliya) - 0:1
Qol: Raspadori, 65
“Braqa” (Portuqaliya) - "Real" (Madrid, İspaniya) - 1:2
Qollar: Djalo, 63 - Rodriqo, 17. Bellingem, 61
"Real" - 9, "Napoli" - 6, “Braqa” - 3, “Union Berlin” – 0 xal.

D qrupu
“İnter” (İtaliya) - “Zaltsburq” (Avstriya) - 2:1
Qollar: Aleksis Sançes, 19. Çalhanoğlu, 64 (pen.) - Qlux, 57
“Benfika” (Portuqaliya) - “Real Sosyedad” (İspaniya) - 0:1
Qol: Mendes, 63
“Real Sosyedad” - 7, “İnter” - 7, “Zaltsburq” - 3, “Benfika” – 0 xal.
 

0