Almaniyanı Çempionlar Liqasının yarımfinalında “Bavariya” və “Borussiya Dortmund” təmsil edəcək.
Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, tarixdə üçüncü dəfə Bundesliqanın 2 təmsilçisi Çempionlar Liqasının yarımfinalında meydana çıxacaq.
Xatırladaq ki, "Borussiya" "Atletiko Madrid" üzərində qələbə qazanaraq ev matçında 4:2 (ümumi 5:4) hesabı ilə qalib gəldi. "Bavariya" evdə "Arsenal"ı minimal hesabla məğlub edə bildi - 3:2.
Belə hal ilk dəfə 2012/13, ikincisi isə 2019/20 mövsümündə qeydə alınıb. Maraqlıdır ki, hər iki halda turnirin qalibi yekunda “Bavariya” olub və 2013-cü ildə Münhen komandası finalda “Borussiya”ya qalib gəlib.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Bavariya" "Real"la, "Borussiya" isə PSJ ilə qarşılaşacaq.
- “Nyukasl” - “Qarabağ” oyunu üçün vauçerlər satışa çıxarıldı
- “Qarabağ”ın matçı üçün İngiltərəyə getmək istəyənlər: Diqqət!
- “Nyukasl”ın “Qarabağ”la matçlar üçün HEYƏTİ
- MOK-dan etiraz: “Arsax” adlı musiqinin istifadəsindən narahatıq"
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu