“Tottenhem” Postecoğlu və Slotu hədəfə alıb
26.05.2023 - 00:05
İngiltərənin “Tottenhem” klubu baş məşqçi axtarışını davam edir.
Apasport.az saytı xəbər verir ki, London təmsilçisi iki mütəxəssisi diqqət mərkəzində saxlayır.
“Seltik” və “Feyenoord”un baş məqçilərindən biri yayda “Tottenhem”lə müqavilə bağlaya bilərlər. Klub rəhbərliyi Ange Postecoğlu və Arne Slotun fəaliyyətini diqqətlə izləyir. “Feyenoord” Slotun rəhbərliyi ilə Hollandiya çempionu olub. Eyni uğuru Şotlandiyada “Seltik” də təkrarlamağa yaxındır.
Qeyd edək ki, “Tottenhem” uğursuz nəticələrdən sonra italiyalı mütəxəssis Antonio Kontini istefaya göndərmişdi.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
0
0