Vinisiusun het-trikinə MƏRC
22.02.2023 - 15:56
Vinisiusun het-trikinə MƏRC

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul” – “Real” oyununda iki qol vuran Vinisius Junior 15 proqnozsevərin arzusunu ürəyində qoyub.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorlarında 15 fərqli müştəri braziliyalının het-trikinə pul qoyub.

Onlardan biri 251 əmsallıq mərcə 100 funt sterlinq yatırıb. Vinisius artıq 36-cı dəqiqədə dublunu rəsmiləşdirməklə həmin betteri 25 min 100 funt sterlinq uduşun bir addımlığına daşıyıb.

Amma “Real”ın gənc ulduzu növbəti üç qoldan birində assist müəllifi olsa da, özü fərqlənməyib. Bu, bir müştəri 25 min 100 funtdan, digərlərini isə açıqlanmayan məbləğdən məhrum edib.

Qeyd edək ki, “Liverpul”un iki erkən qol vurduğu görüşdə “Real” böyükhesablı əzmkar qələbə qazanıb.

0