
Cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ardınca Bakıda beynəlxalq təlim-məşq toplanışına start verilib.
Apasport.az xəbər verir ki, Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycanın tatami ustaları ölkəmizdə təlim-məşq toplanışı keçirlər.
Fevralın 21-dək davam edəcək hazırlıqlara 100-dən çox cüdoçu qatılıb.
Beynəlxalq təlim-məşq toplanışı cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.
- Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar
- Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində
- 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq
- Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar
- Cüdoçumuz "Böyük Dəbilqə"də bürünc medal qazanıb