Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
16.04.2026 - 17:15
Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb.

Apasport.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan Əhməd Yusifov bürünc mükafata sahib çıxıb.

O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevi məğlub edib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.