İslam Oyunları: Aytac Qardaşxanlı yarımfinalda məğlub oldu
09.11.2025 - 14:58
İslam Oyunları: Aytac Qardaşxanlı yarımfinalda məğlub oldu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 70 kq çəki dərəcəsində döyüşən Aytac Qardaşxanlı yarımfinalda özbəkistanlı Xurşida Razzokberdieva ilə qarşılaşıb.

İdmançımız bu görüşdə rəqibinə məğlub olub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.