Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq
02.05.2026 - 14:32
Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turniri davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

26 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Muhiddin Asadulloyevə uduzub.

R.Məmmədəliyev bürünc mükafat qazanmaq üçün digər tacikistanlı Ahmadzod Masudi ilə üz-üzə gələcək.