
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarını bürünc medalla başa vurublar.
Apasport.az xəbər verir ki, Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığma 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinalda Rusiya komandasına rəqib olub.
Sablyaçılarımız finala gedən yolda rəqibinə 32:45 hesabı ilə uduzaraq bürünc medal qazanıblar.
Qeyd edək ki, qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət Azərbaycan millisi də yarışı bürünc medalla bitirib.
***
13:44
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında komanda yarışının 1/4 finalında Belarus yığması ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığmamız 45:40 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Komandamız bu nəticə ilə ən azı bürünc medalı təmin edib və növbəti mərhələdə Rusiya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl qılıncoynatmanın şpaqa növü üzrə qızlardan ibarət komandamız da bürünc medal qazanıb.