"UFC Fight Night: Fiziev vs. Torres" tədbirində oktaqona çıxacaq idmançıların rəsmi çəkiölçmə mərasimi start götürüb.
"Apasport"un əməkdaşının məlumatına görə, mərasimdə 26 idmançının çəkisi ölçülür.
Hazırda davam edən tədbirdə media önündə döyüşcülərin çəkilərinə baxılır.
Milli Gimnastika Arenasında baş tutacaq döyüş gecəsində altısı əsas, 7 isə ilkin kartda olmaqla, ümumilikdə, 13 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü Azərbaycan təmsilçisi Rafael Fizievlə meksikalı Manuel Torres arasında baş tutacaq.
İkinci əsas döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Nazim Sadıxov ilə braziliyalı Mateus Kamilo arasında keçiriləcək.
Okktaqona çıxacaq digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev Cefferson Naskimentoya, Fərman Həsənov isə Erik Nolana qarşı döyüşəcək.