[b]Əliyar Ağayev ilk təyinatını aldı[/b]
22.07.2018 - 12:00
[b]Əliyar Ağayev ilk təyinatını aldı[/b]

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-19 mövsümündə baş hakim kimi ilk təyinatını alıb. Apasport.az saytının məlumatına görə, Ağayev Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Kayrat” – “Alkmaar” matçında ədalət təmsilçisi olacaq.

 

İyulun 26-da Almatıda baş tutacaq qarşılaşmada ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Oyunun 4-cü hakimi funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

Hakimlərimizin idarəçiliyinə çexiyalı hakim-inspektor Miroslav Liba qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə gürcüstanlı Vaxtanq Bzikadze olacaq.

0