[b]“Parma” A Seriyasına -5 xalla başlayacaq[/b]
23.07.2018 - 16:15
[b]“Parma” A Seriyasına -5 xalla başlayacaq[/b]

İtaliya Federal Məhkəməsi danışılmış oyunlarda şübhəli bilinən “Parma” ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “sarı-göylər”in növbəti mövsümdən etibarən İtaliya A Seriyasında çıxış etməsinə icazə verilib. Əvəzində komandanın hesabından 5 xal çıxılacaq.

 

Bununla yanaşı, “Parma”nın hücumçusu Emanuele Kalayonun “Spesiya” ilə həlledici oyundan öncə rəqib komandanın futbolçularına şübhəli mesajlar göndərməsi ona ağır başa gəlib. Belə ki, 2 il müddətinə futboldan uzaqlaşdırılan futbolçu həm də 20 min avro cərimələnib.

0