“Böyük beşlik”dən 10000 əmsallıq UDUŞ
05.04.2023 - 18:28
“Böyük beşlik”dən 10000 əmsallıq UDUŞ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər həftəsonu “Böyük beşlik”də keçirilən 10 oyuna mərc gəlib.

Better İngiltərə Premyer Liqası və Almaniya Bundesliqasına üstünlük verib. O, varianta 100 rubl (2,14 manat) qoyub.

Kuponun yekun əmsalı 10000-ə çatıb Bütün təxminləri dəqiq çıxan müştəri bir neçə görüşdə ciddi həyəcan yaşayıb. “Lids”in “Arsenal”a qol vurması və digər qarşılaşmaların da lazımi məcrada bitməsi proqnozsevərə 1 milyon rubl (21 min 400 manat) uduş gətirib.

0