London klubları xal itirdi
18.03.2023 - 23:36
London klubları xal itirdi

İngiltərə Premyer Liqasında XXVIII turun görüşləri keçirilir.

Apasport.az xəbər verir ki, London klublarından "Tottenhem" və "Çelsi" qalib gəldikləri görüşdə qollu heç-heçəyə razılaşmalı olublar.

İngiltərə Premyer Liqası
XXVIII tur

"Aston Vila" – "Bornmut" 3:0
"Brentford" – "Lester" 1:1
"Vulverhempton" – "Lidz" 2:4
"Sauthempton" – "Tottenhem" 3:3
"Çelsi" – "Everton" 2:2

Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 18:00-da London derbisi olacaq. Premyer Liqanın lideri "Arsenal" öz meydanında "Kristal Palas"ı qəbul edəcək. 

0