Premyer Liqa: “Yunayted” “Tottenhem”lə bacarmadı
16.02.2025 - 22:30
Premyer Liqa: “Yunayted” “Tottenhem”lə bacarmadı

İngiltərə Premyer Liqasında XXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutub.

"Liverpul" öz meydanında "Vulverhempton"u 2:1 hesabı ilə məğlub edib.

Turun mərkəzi qarşılaşmasında isə "Mançester Yunayted" səfərdə "Tottenhem"in qonağı olub.

Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Matç meydan sahiblərinin minimalhesablı qələbəsi ilə nəticələnib.

İngiltərə Premyer Liqası
XXV tur

18:00. “Liverpul” - “Vulverhempton” - 2:1
20:30. “Tottenhem” - “Mançester Yunayted” - 1:0