Unikal MƏRC
07.02.2023 - 13:49
Unikal MƏRC

Bukmeker kontorlarında daha bir qeyri-adi uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Adam Dobbo adlı proqnozsevər bir kuponda eyni matça 7 müxtəlif mərc edib.

O, La Liqada həftəiçi keçirilən “Real” – “Valensiya” görüşündə belə addım atıb. Better sarı vərəqə alacaq iki futbolçunu düzgün təxmin edib.

Proqnozsevər çərçivəyə 2 və ya daha çox zərbə endirəcək iki oyunçunu da tapıb. O, qol müəllifini, həmçinin künc zərbələrinin sayının 7,5 Üst olacağını və qırmızı vərəqə qeydə alınacağını proqnozlaşdırıb.

Bu kuponun əmsalı 200,81 olub. 14 funt sterlinqlə (28,68 manat) mərc edən better yekunda 2 min 811 funt sterlinq (5 min 759,12 manat) uduşa sahib çıxıb.

0