Uzaqgörənin UDUŞU
14.04.2023 - 14:48
Uzaqgörənin UDUŞU

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər 11 futbol oyununa mərc edib.

Bu variantın əmsalı 16454,99-a bərabər olub. Better Kipr, Əlcəzair, Vyetnam, Gürcüstan, Şimali İrlandiya çempionatları, Yunanıstan, Portuqaliya, Xorvatiya kuboku və avrokubokların üç görüşünə proqnoz verib.

O, bu varianta 150 rubl (3,12 manat) qoyub. 10 qarşılaşmanı dəqiq tapan proqnozsevər “Feyenord” – “Roma” matçının 1-ci hissəsi başa çatmadan kuponu satmaq təklifi alıb.

O, 506 min 607 rublu (10 min 537,43 manat) götürməyə üstünlük verib. Uzaqgörən müştəri addımında yanılmayıb. “Feyenord” 1-ci hissədə qalib gələ bilməyib.

0