Ağabala Ramazanovun bəyənmədiyi klub Kamran Ağayevə təklif göndərdi
28.01.2015 - 11:23
Ağabala Ramazanovun bəyənmədiyi klub Kamran Ağayevə təklif göndərdi

Dmitri Bezotosnının gəlişindən sonra “Qəbələ”dən gedəcəyi gündəmdə olan Kamran Ağayev karyerasını Türkiyədə davam etdirməyə çox yaxındı. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qolkiperə artıq ilk təklif də gəlib.

 

PTT I Liqa təmsilçilərindən olan “Adanaspor” Ağayevlə yaxından maraqlanır. “Rəvan”ın sabiq baş məşqçisi Güvənc Kurtarın çalışdırdığı Adana klubu millimizin üzvü ilə danışıqlara start verib. “Qəbələ”dən ayrılmağı qətiləşdirən Kamranın bu təklifə razılıq verəcəyi gözlənilir.

 

Qeyd edək ki, qış “transfer pəncərəsi”ndə Cəmşid Məhərrəmovu heyətinə qatan “Adanaspor” “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanova da “elçi düşsə” də, gənc oyunu bu təklifi qəbul etməmişdi. 

0