[b]“Bu nəticəyə də şükür edirəm” - Nəzakət Xəlilova[/b]
22.06.2015 - 19:08
[b]“Bu nəticəyə də şükür edirəm” - Nəzakət Xəlilova[/b]

“Vətənimdə keçirilən I Avropa Oyunlarında çempion olmaq istəyirdim. Amma bu nəticəyə də şükür edirəm”. Bunu apasport.az saytına açıqlamasında Avropa Oyunlarında gümüş mükafat qazanan Azərbaycan samboçusu Nəzakət Xəlilova deyib.

 

Qadınların yarışında 52 kq çəki dərəcəsində mübarizə aparan Xəlilova finala qədər məğlubiyyətsiz irəliləyib. Həlledici qarşılaşmada Rusiya təmsilçisi Anna Xaritonovaya uduzan idmançımız gümüş medalla kifayətlənib.

 

Xəlilova indiyə kimi rusiyalı samboçu ilə qarşılaşmadığını bildirib: “Finaldakı rəqibim təcrübəli idi. İkiqat dünya çempionudu. Onunla birinci dəfə idi ki, qarşılaşırdım. Rusiyalı idmançının döyüşlərini izləmişdim. Sadəcə o, təcrübəli olduğu üçün qələbə qazandı”.

 

İdmançımız gümüş medalı ailəsinə və şəxsi müəlliminə həsr etdiyini əlavə edib. O həmçinin bildirib ki, İslam Həmrəylik Oyunlarına hazırlaşaraq, yeni nəticələr qazanmağa çalışacaq.

0