[b]“Simurq”da karyera yox, pul haqda düşünürdüm” [/b]- Vladimir Mazyar
27.07.2015 - 08:51
[b]“Simurq”da karyera yox, pul haqda düşünürdüm” [/b]- Vladimir Mazyar

“Vaxtilə birgə oynadığım futbolçularla indi də əlaqə saxlayıram. Verpakovskis, Makovski qardaşları və digərləri ilə hələ də əlaqəmiz var”. Apasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri keçmiş ukraynalı futbolçu Vladimir Mazyar deyib.

 

Futbolçu karyerasını xatırlayan Mazyar “Simurq”da çıxış etdiyi illəri də yada salıb.

 

Hazırda məşqçi işləyən ukraynalı vaxtilə Azərbaycana pul dalınca gəldiyini etiraf edib: “Dostum Verpakovskis deyib ki, Azərbaycana heç cür uyğunlaşa bilmədim. Amma nəzərə almaq lazımdı ki, o, paytaxt Bakıda yaşayırdı. Mən isə rayonda qalırdım, orda futboldan, internetdən başqa heç nə yox idi. Mən həmin vaxt artıq karyera barədə düşünmürdüm. Azərbaycana pul qazanmağa getmişdim. Biz mükafat üçün oynayırdıq. Zaqatalada bizi normal qarşılayırdılar. Bizi deyirəm, çünki həmin vaxt komandada ukraynalı futbolçu çox idi. 2009-cu ildə “Simurq” çempionatda 3-cü yeri tutdu, mən isə “Qəbələ”nin qapısına “bürünc” qol vurdum. Bu nəticə sayəsində Avropa Liqasında oynamaq hüququ qazandıq. İndi “Simurq” dağılıb, heyf o cür komandadan. Azərbaycan həmişə yaddaşımda möhtəşəm ölkə kimi qalacaq”.

 

Qeyd edək ki, 2007-2009-cu illərdə “Simurq”un formasını geyinən Mazyar Azərbaycan çempionatında 51 oyunda 28 qol vurub.

 

 

 

 

0