“Azərbaycan və San-Marino ilə görüşlərdə qalib gəlməliyik” - FOTO
27.07.2015 - 14:24
“Azərbaycan və San-Marino ilə görüşlərdə qalib gəlməliyik” - FOTO

“Dünya çempionatının seçmə mərhələsində əla qrupa düşmüşük. Almaniyanın da bura düşməsi isə lap fantastik oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin futbolçusu Konnor Maklaflin deyib.

 

24 yaşlı sağ cinah müdafiəçi DÇ-2018-in püşkatması haqda fikirlərini açıqlayıb. Maklaflin Azərbaycan, Almaniya, Çexiya, Norveç və San-Marino ilə birlikdə eyni qrupda yer alan komandasının mundiala vəsiqə qazanmaq şanslarını dəyərləndirib: “Həmişə ən güclü ilə qarşılaşmaq, özünü göstərmək istəyirsən. Almaniya isə dünya çempionudu. Düşünürəm ki, doğma meydanda onları büdrədə bilərik. Qrupumuzda olan digər komandaların hamısını məğlub etmək gücündəyik. Çexiya və Norveçin yaxşı komandalar olması, həmçinin ənənələri və əvvəlki yarışlardakı nəticələrini bilirik. Amma biz onları özünəinam sayəsində üstələyə bilərik. Azərbaycan və San-Marino ilə görüşlərdə qalib gəlməliyik. Onda biz final mərhələsinə çıxmaq şansı əldə edəcyik”.

 

Qeyd edək ki, Konnor 2011-ci ildə debüt etdiyi Şimali İrlandiya millisində 6 oyun keçirib.

 

 

 

0